DSX-də hərbçilər bu qəzet və jurnalları oxuyacaqlar – Siyahı

May 16, 2025 - 14:15
DSX-də hərbçilər bu qəzet və jurnalları oxuyacaqlar – Siyahı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.

Yeniavaz.com xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi “Səma Mətbuat Yayımı” MMC olub.

Qalib şirkət 2025-ci il ərzində DSX-yə 13 adda qəzet satacaq və qarşılığıda 183 min 570 manat alacaq.
DSX-nin satın alacağı qəzetlərin adları və sayını təqdim edirik:

“Azərbaycan” qəzeti – 82 680 ədəd;
“Respublika” qəzeti – 82 680 ədəd;
“Səs” qəzeti – 69 960 ədəd;
“Xalq” qəzeti – 56 160 ədəd;
“Yeni Azərbaycan” qəzeti – 2 640 ədəd;
“Olaylar” qəzeti – 480 ədəd;
“Şərq” qəzeti – 264 ədəd;
“Yeni Müsavat” qəzeti – 264 ədəd;
“AR Qanunvericilik Toplusu” – 12 ədəd;
“Poliqon” jurnalı – 1 200 ədəd;
“Azərbaycanım” Beynəlxalq jurnalı – 24 ədəd;
“Poqraniçnik soodrujestva” – 4 ədəd;
“Zarubejnoe voennoe obozrenie” – 12 ədəd.

Məlumat üçün onu da bildirək ki, bu il Müdafiə Nazirliyinə də qəzet və jurnalları “Səma Mətbuat Yayımı” MMC satacaq. “Səma Mətbuat Yayımı” 2025-ci il ərzində Müdafiə Nazirliyinə 13 adda qəzet satacaq və qarşılığıda 157 min 920 manat 48 qəpik alacaq.

Müdafiə Nazirliyinin satın alacağı qəzetlərin adları və sayını təqdim edirik:

“Azərbaycan” qəzeti – 51 480 ədəd;
“Xalq” qəzeti – 51 792 ədəd;
“Respublika” qəzeti – 48 672 ədəd;
“Yeni Azərbaycan” qəzeti – 36 696 ədəd;
“Səs” qəzeti – 48 312 ədəd;
“Şərq qapısı” 26 400 ədəd;
“Kaspi” qəzeti – 192 ədəd;
“Şərq” qəzeti – 792 ədəd;
“525-ci qəzet” – 792 ədəd;
“Bakı Xəbər” – 792 ədəd;
“Hərbi And” qəzeti – 12 096 ədəd;
“Olaylar” qəzeti – 192 ədəd;
“İki sahil” qəzeti – 792 ədəd.