Ən çox qazanan idmançıların adları açıqlandı – Ronaldo Messindən 2 dəfə çox qazanıb

May 16, 2025 - 14:08
Ən çox qazanan idmançıların adları açıqlandı – Ronaldo Messindən 2 dəfə çox qazanıb

40 yaşlı futbol əfsanəsi Kristiano Ronaldo “Forbes” jurnalının apardığı araşdırmaya əsasən, 2025-ci ilin ən çox qazanan idmançısı seçilib.

Yeniavaz.com xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun və Portuqaliya millisinin ulduzu ötən il ərzində ümumilikdə 275 milyon dollar gəlir əldə edib.

Bu məbləğin 225 milyon dolları futbol sahəsindəki fəaliyyəti – maaşı, mükafatlar və bonuslardan, qalan 50 milyon dolları isə reklam və digər kommersiya müqavilələrindən formalaşıb.

Ronaldo ən yaxın izləyicisi – NBA ulduzu Stiven Karrini tam 119 milyon dollar geridə qoyub.

Eyni zamanda onun futbol meydançalarındakı uzunmüddətli rəqibi Lionel Messi də Ronaldonun gerisində qalıb. Argentinalı forvardın illik gəliri 135 milyon dollar olub, bu isə Ronaldo ilə müqayisədə iki dəfə azdır.

“Forbes”in 2025-ci il üçün ilk 10-luğu belədir:
Kristiano Ronaldo (futbol) – 275 milyon $
Stiven Karrini (basketbol) – 156 milyon $
Tayson Fyuri (boks) – 146 milyon $
Dak Preskott (Amerika futbolu) – 137 milyon $
Lionel Messi (futbol) – 135 milyon $
Lebron James (basketbol) – 133.8 milyon $
Xuan Soto (beysbol) – 114 milyon $
Kərim Benzema (futbol) – 104 milyon $
Sehei Ohtani (beysbol) – 102.5 milyon $
Kevin Durant (basketbol) – 101.4 milyon $

Ümumilikdə, siyahının ilk onluğundakı idmançılar birgə 1,4 milyard dollar qazanıblar.