Flikin “Barselona”dakı taleyi rəsmən açıqlandı

May 17, 2025 - 12:54
Flikin “Barselona”dakı taleyi rəsmən açıqlandı

“Barselona” klubunun rəhbərliyi baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə barədə razılığa gəldiklərini açıqlayıb.

Aut.az xəbər verir ki, anlaşma 2027-ci ilin yayına kimi qüvvədə olacaq.

“Yeni müqavilə barədə gələn həftə rəsmi açıqlama verə bilərik”, – deyə “Barsa”nın vitse-prezidenti Rafa Yuste bildirib.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyul ayından “Barselona”ya rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.