Rusiya-Ərəb sammiti keçiriləcək – Tarixi açıqlandı

May 17, 2025 - 12:20
Rusiya-Ərəb sammiti keçiriləcək – Tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Ərəb Dövlətləri Liqasının (ƏDQ) bütün liderlərini birinci Rusiya-Ərəb sammitinə dəvət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ərəb Liqasının 34-cü sammitinin açılışı münasibətilə Kremlin saytında dərc olunan teleqramında yazıb.

Bildirilib ki, sammitin oktyabrın 15-də keçirilməsi planlaşdırılır:

“Biz ƏDQ ilə hər cür konstruktiv dialoqu, eləcə də onun bütün üzvləri ilə dostluq münasibətlərini inkişaf etdirməyə davam etmək niyyətindəyik. Bununla əlaqədar, mən sizin assosiasiyanızın bütün dövlətlərinin liderlərini, eləcə də Liqanın baş katibini oktyabrın 15-də keçirməyi planlaşdırdığımız birinci Rusiya-Ərəb sammitində iştirak etməyə dəvət etmək istərdim”.

Rusiya prezidenti əmindir ki, oktyabrda keçiriləcək Rusiya-Ərəb görüşü ölkələr arasında qarşılıqlı faydalı çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək və Yaxın Şərq və Şimali Afrika regionlarında sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək edəcək.