“Qızıl buts” uğrunda mübarizə: Mbappe Salahı haqladı

May 15, 2025 - 10:28
“Qızıl buts” uğrunda mübarizə: Mbappe Salahı haqladı

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 36-cı turunda “Malyorka”ya qarşı keçirilən oyunda (2:1) qol vurub.

Aut.az xəbər verir ki, bununla da fransalı futbolçunun İspaniya çempionatındakı qol sayı 28-ə çatıb. O, “Qızıl buts” yarışında “Liverpul”un hücumçusu Məhəmməd Salahı yaxalayıb.

Sözügedən mükafata namizədlərin reytinqində Mbappe və Salah hazırda ikinci–üçüncü yerləri bölüşürlər. La Liqa və Premyer Liqanın əmsalı 2-dir, bu da onlara 56 xal qazandırır. Fransalı və misirli ulduzları yalnız “Sportinq”in hücumçusu Viktor Qyökereş qabaqlayır. O, Portuqaliya çempionatında 38 qol vurub. Lakin Premeyra Liqanın əmsalı 1.5 olduğu üçün isveçli futbolçunun xalı 57-dir.

Cari mövsümdə “Sportinq”in 1, “Real” və “Liverpul”un isə hərəsinin 2 oyunu qalıb.