Tibb təhsili olmayan Nihad Aslanov “Mayomed” klinikasında estetik cərrah kimi fəaliyyət göstərir

May 17, 2025 - 12:50
Tibb təhsili olmayan Nihad Aslanov  “Mayomed” klinikasında estetik cərrah kimi fəaliyyət göstərir

Mayomed” klinikasında fəaliyyət göstərən və sosial şəbəkələrdə "Dr.aslan.ov” adı ilə tanınan Aslanov Nihad Zahid oğlu barəsində ciddi ittihamlar irəli sürülüb. İddialara görə, Nihad Aslanovun tibbi təhsili olmamasına baxmayaraq, o, özünü estetik cərrah kimi təqdim edir və bu sahədə xidmət göstərir.

Tribunainfo.az-a məlumatı göndərən şəxs bildirir ki, Nihad Aslanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft Akademiyası) bitirib və heç bir tibbi ixtisasa malik deyil. Buna baxmayaraq, onun sosial media hesablarında və ictimai paylaşımlarda peşəkar estetik cərrah kimi təqdim olunması müşahidə olunur.

İddialar bununla bitmir. Məlumata əsasən, Aslanov daha əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılıb və onun fəaliyyətinə qadağa qoyulub. Lakin buna baxmayaraq, o, hələ də müxtəlif klinikalarda, o cümlədən "Mayomed” klinikasında fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu kimi hallar ölkədə qeyri-peşəkar şəxslərin tibbi sahədə fəaliyyət göstərməsi ilə bağlı artan narahatlıqları bir daha gündəmə gətirir...