Qvardiola "Barselona"ya məsləhət verdi

Nov 1, 2024 - 07:23
Qvardiola "Barselona"ya məsləhət verdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola keçmiş klubu "Barselona"ya məsləhətlərini çatdırıb. 

Fanat.az xəbər verir ki, kataloniyalı mütəxəssis "Sport.es"-ə açıqlamasında belə deyib: 

“Düşünürəm ki, "Barsa" öz modelini dəyişməməlidir. Kənardan hamı onlara qeyri-adi baxır. "Barselona" xüsusi xarizma yayan klubdur, onun öz qoxusu var". 

“Barselona” İspaniya çempionatının son oyununda səfərdə “Real Madrid”lə qarşılaşıb və Hans-Diter Flikin yetirmələri 4:0 hesabı ilə böyük hesablı qələbə qazanıblar. La Liqanın 11 turundan sonra Kataloniya komandası 30 xal toplayıb və əzəli rəqibini 6 xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədir.