Prezident nazirin birinci müavininə yeni vəzifə verdi (SƏRƏNCAM)

Oct 30, 2024 - 11:34
Prezident nazirin birinci müavininə yeni vəzifə verdi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.

AzToday.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəmcam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.