Nabil Fekir La Liqanı tərk etdi

İspaniyanın "Betis" klubu yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.
Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə məlumat yayıb.
31 yaşlı oyunçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. O, "Əl-Cəzirə" komandasına transfer olunub.
2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan Fransa millisinin üzvü bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.
Qeyd edək ki, Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.