Futbol tarixində cərimə zərbəsindən vurulan ən gözəl qol – VİDEO

Apr 10, 2025 - 10:53
Futbol tarixində cərimə zərbəsindən vurulan ən gözəl qol – VİDEO

“FourFourTwo”nun versiyasına görə, cərimə zərbəsindən ən yaxşı qolu Roberto Karlos vurub.

Aut.az xəbər verir ki, Britaniya jurnalı futbol tarixinin ən yaxşı 20 cərimə zərbəsinin siyahısını tərtib edib və braziliyalı müdafiəçinin 1997-ci ildə Fransa yığmasına vurduğu qol birinci yeri tutub.

İlk onluğa aşağıdakılar daxildir:

Roberto Karlos, 1997-ci ildə Braziliya yığmasında Fransaya qarşı;
Lionel Messi, 2019-cu ildə “Barselona”da “Liverpul”a qarşı;
Mohd Faiz Subri, 2016-cı ildə “Penanq”da “Pahanq”a qarşı;
Dimitri Payet, 2016-cı ildə “Kristal Pelas”da “Vest Hem”ə qarşı;
Kriştiano Ronaldo, 2008-ci ildə “Mançester Yunayted”də “Portsmuta”a qarşı;
Hakan Çalhanoğlu, 2014-cü ildə Dortmund “Borussiya”asında “Hamburq”a qarşı;
Devid Beckham, 2001-ci ildə İngiltərə yığmasında Yunanıstana qarşı;
Ceyms Uord-Prouz, 2022-ci ildə “Sautqemton”da “Vulverhemton”a qarşı;
Ronaldinyo, 2002-ci ildə Braziliya yığmasında İngiltərəyə qarşı;
Kriştiano Ronaldo, 2009-cu ildə “Yunayted”də “Arsenal”a qarşı.