Yaponlar 100 illik qələm icad etdilər

May 20, 2025 - 14:24
Yaponlar 100 illik qələm icad etdilər

Yaponiyanın “Titaner” şirkəti “Dragon Pearl” adlı yeni uzunömürlü diyircəkli qələmi təqdim edib.

Yeniavaz.com “Techkult” nəşrinə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qələm bir milyon dəfə sıxilmağa hesablanıb və tamamilə 5-ci dərəcəli titandan hazırlanıb.
Şirkətin məlumatına görə, qələmin ən azı 100 illik ömrü var.

Qələm həmçinin patentləşdirilmiş “Dual-Wing Trajectory” ucun uzatma/geri çəkmə sisteminə malikdir.
Qələmin eni 13 mm, uzunluğu 144 mm, çəkisi isə 25 qramdır.

Qələmdə titan olmayan yeganə hissə “əjdaha mirvarisi” adlanan və qələmi çıxardıqda cib yaxasını zədələnməkdən qoruyan fırlanan sirkonium muncuqdur.

Muncuğun üç rəngi mövcuddur - qırmızı, qara və mavi.

Digər tərəfdən, şirkət qələm üçün “Schneider”, “Schmidt” və “Fisher”dən doldurma mürəkkəblər təqdim edir.
“Dragon Pearl” modul dizayna malikdir ki, bu da qələm üçün müəyyən konfiqurasiyalı gövdələri, həmçinin ucluqları seçməyə imkan verir.

Qələmin təxmini qiyməti 208 dollardır.