Apreldə ticarət dövriyyəsində 71 milyon dollarlıq mənfi saldo qeydə alınıb

May 20, 2025 - 14:11
Apreldə ticarət dövriyyəsində 71 milyon dollarlıq mənfi saldo qeydə alınıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon dollar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8 milyard 784,7 milyon dollarını (51,9%) ixrac, 8 milyard 132,9 milyon dollarını (48,1%) idxal təşkil edib.

Aprel ayında isə ixrac 2 milyard 398,8 milyon dollar, idxal 2 milyard 470 milyon dollar olub. Ötən ay ticarət dövriyyəsində 71 milyon dollarlıq mənfi saldo qeydə alınıb.