Aİ səfirləri 150 milyard avroluq hərbiləşdirmə fondunu razılaşdırdılar

Aİ səfirləri Avropa Komissiyasının (AK) təklif etdiyi 150 milyard avroluq Aİ-nin hərbiləşdirmə fondu barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Aİ səfirləri 150 milyard avroluq Aİ təhlükəsizlik fondunun yaradılması ilə bağlı prinsipial razılıq əldə ediblər.
İndi təklif Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir və bu, onların mayın 20-də planlaşdırılan iclasında baş tuta bilər.