UNEC-in “Məzun günü”nü 54 nəfər mühafizə edəcək – Hərəsinə 100 manat veriləcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi “Məzun günü” tədbirində mühafizə xidmətinin təşkili ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 5 min 416 manat 20 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, Dövlət İqtisad Universitetinin “Məzun günü” tədbiri 27 iyun 2025-ci il saat 16:00-00:00-da “Bakı Kristal Zalı”nda baş tuacaq. 8 saatlıq tədbir üçün 33 kişi, 15 qadın, 5 patrul mühafizəçi və 1 xidmət rəisi tələb olunur.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, İqtisad Universiteti hər bir mühafizəçiyə 8 saat üçün təxminən 100 manat ödəməyi planlayıb.