“Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır” – MN

May 30, 2025 - 14:23
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır” – MN

Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”, - məlumatda deyilir.