Sabah Bakıda itkin-şəhidin dəfn mərasimi olacaq

Sabah – iyun ayının 3-də Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, itkin-şəhid İbrahimov Sahil Nurəddin oğlu Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn ediləcək.