QMİ bayram namazının vaxtını açıqladı

“Builki bayram, AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram təbrikində bildirilir.
“Qurban bayramı namazı paytaxt Bakının Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində 09:00-da qılınacaq”, - təbrik mətnində qeyd olunur.