Yamal 402 milyonluq qiyməti ilə ən dəyərli futbolçudur – Siyahı

Dünyanın ən dəyərli futbolçularının onluğu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat yayıb.
Məlumata görə, birinci yerdə İspaniya çempionu “Barselona”nın və Avropa çempionu İspaniyanın 17 yaşlı cinah oyunçusu Lamin Yamal qərarlaşıb. Onun transfer dəyəri 402,3 milyon avro təşkil edir.
İkinci pillədə isə 239,6 milyon avroluq transfer dəyəri ilə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland dayanır. İlk üçlüyü “Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem tamamlayır.
Sözügedən siyahı belədir:
Lamin Yamal (“Barselona”) – 402,3 milyon avro;
Erlinq Haaland (“Mançester Siti”) – 239,6 milyon avro;
Cud Bellinqem (“Real Madrid”) – 233,8 milyon avro;
Kilian Mbappe (“Real Madrid”) – 192,5 milyon avro;
Camal Musiala (“Bavariya”) – 154,8 milyon avro;
Pedri (“Barselona”) – 143,7 milyon avro;
Vinisius Junior (“Real Madrid”) – 130,4 milyon avro;
Koul Palmer (“Çelsi”) – 126,5 milyon avro;
Xulian Alvareş (“Atletiko Madrid”) - 126 milyon avro;
Florian Virtz (“Bayer”) – 122,3 milyon avro.