Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri ticarət obyektini hansı vəsaitlə inşa etdriib?

Şirvan Şəhər Mərkəzi Xəstəxansının Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Vahid Cəfərov özünə ticarət obyekti tikdirib.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, şöbə müdirinin ticarət mərkəzi Şirvan şəhərinin N.Nərimanov küçəsində yerləşir.
Qeyd edək ki, Vahid Cəfərov 2024-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxansının Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qanununa görə vəzifəli şəxslərin bizneslə məşğul olmaları qadağan edilir.
Qarşı tərəf məsələyə mövqe bildirmədi.