Messi də Ronaldo ilə eyni kluba keçə bilər

Jun 2, 2025 - 10:25
Messi də Ronaldo ilə eyni kluba keçə bilər

Səudiyyə Ərəbistanının dörd klubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə maraqlanır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.  

Məlumata görə, artıq Səudiyyə Ərəbistanının “İctimai İnvestisiya Fondu” Messi ilə mümkün transferlə bağlı danışıqları bərpa edib.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı Messini portuqaliyalı “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo ilə birlikdə liqanın əsas simalarından birinə çevirmək istəyir.

Hazırda Messi ilə Səudiyyə Ərəbistanı nümayəndələri arasında danışıqlar ilkin mərhələdədir və hər iki tərəf mümkün variantları araşdırır.

Argentinalı həqiqətən transferə hazır olsa, onun dörd klubdan hansına – “Əl Əhli”yə, “Əl Hilal”a, “Əl İttihad”a, yoxsa “Əl Nəsr”ə keçə biləcəyi ilə bağlı müzakirələr başlayacaq. Bu isə danışıqların növbəti mərhələsinin mövzusu olacaq.

Qeyd edək ki, Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabrında başa çatır. İyulun 1-dən o, azad agent kimi danışıqlar apara və müqavilələr imzalaya biləcək.

Xatırladaq ki, Messi 2023-cü ildən “İnter Mayami”də oynayır.