Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova şəxsiyyət vəsiqəsinin verilmədiyi bildirilir.
Bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib.
“Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.
Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır”, - sayt yazır.
Qeyd olunub ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun ölkədən çıxışına məhdudiyyət qoyulub.