“Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər” – Fidan

May 30, 2025 - 14:24
“Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər” – Fidan

İstanbulda aparılan danışıqların yekunu olaraq Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderləri Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirilə bilər.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andriy Sibiha ilə birgə mətbuat konfransıında bildirib.