“Məndən əl çək, uğursuz bədbəxt” – Həmin vaxt nə danışıblar?

May 30, 2025 - 10:40
“Məndən əl çək, uğursuz bədbəxt” – Həmin vaxt nə danışıblar?

Fransanın birinci xanımı Bricit Makronun təyyarədə qalmaqallı şillədən sonra əri Emmanuel Makrona dedikləri ortaya çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzeti məlumat yayıb.

Belə ki, qəzet cütlüyün Hanoy hava limanındakı dialoqunu tam şəkildə yenidən qurmaq üçün dodaq oxuyan ekspertlərə müraciət edib.

Ekspertlər belə nəticəyə gəliblər ki, Makron təyyarəni tərk edərkən həyat yoldaşına əl uzadıb. Lakin o, bunu rədd edib və “Məndən əl çək, uğursuz bədbəxt” (“Dégage, espèce de loser”) - deyə pıçıldayıb.
Bundan sonra Makron “Gəl bir də cəhd edək, xahiş edirəm” (“Essayons, s'il te plaît”) desə də, Bricit ona qısa olaraq “Yox” cavabını verib.

Daha sonra Makron “Başa düşürəm” (“Je vois”) deyərək, dialoqu yekunlaşdırıb.

Bu səhnənin görüntüləri bütün dünyada səs-küyə və müzakirələrə səbəb olub.

Hadisə Fransa Prezidenti Emmanuel Makronun mayın 26-da Cənub-Şərqi Asiyaya bir həftəlik səfəri çərçivəsində təyyarəsi Vyetnamın Hanoy hava limanına enərkən baş verib.

Təyyarənin qapısı açılanda təyyarədən çıxmağa hazırlaşan Makron arvadı tərəfindən sifət nahiyəsindən vurulub. O, bir neçə saniyəlik özünü itirib və nəhayət, özünü toparlayaraq, onu qarşılayanlara əl yelləyib, “Salam” deyib və pilləkənlərlə aşağı düşüb.

Ekspetlərin fikrincə, Makronun son üz ifadəsi də cütlük arasında dərin gərginliyə işarə etdiyini bildirib.
Digər tərəfdən, Yelisey sarayı Bricitin Beşinci Respublikanın başçısını vurduğu videonun həqiqiliyini təsdiqləyib. Makron özü isə izah edib ki, onunla həyat yoldaşı arasında mübahisə olub, lakin şillə daha çox zarafat xarakteri daşıyıb.