Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

Jun 2, 2025 - 10:26
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalif “Hüquq və ədalət” partiyasının namizədi Karol Navroçki 50,9 faiz səslə qalib gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “TVP İnfo” telekanalı məlumat yayıb.

Məlumata görə, bunu Respublika Dövlət Seçki Komissiyasının bülletenlərin 100%-nin emalından əldə edilən məlumatlar sübut edir.

Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.

Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilən məlumatlara görə, Polşada keçirilən prezident seçkilərində ikinci turda seçicilərin fəallığı rekord səviyyə - 71,63% təşkil edib.

Seçici fəallığı üzrə əvvəlki rekord 1995-ci ildə (68,23%) qeydə alınıb.

Qeyd edək ki, iyunun 1-də Polşada prezident seçkilərinin ikinci turu keçirilib.