Qvardiola futbola böyü zərər vurdu – Məşhur məşqçidən ittiham

Mar 10, 2025 - 07:20
Qvardiola futbola böyü zərər vurdu – Məşhur məşqçidən ittiham

Məşhur italyan mütəxəssis Fabio Kapello bildirib ki, Pep Qvardiola futbolu darıxdırıcı edib.

Aut.az xəbər verir ki, Kapello Pepin bilərkdən də olmasa, futbola böyük ziyan vurduğunu bildirib.

“Çünki bütün məşqçilər onu kopyalamaq üçün 10 il sərf etdilər. İtaliya futbolu bundan əsəbiləşdi və mahiyyətini itirdi. Mən dedim: “Dayanın, sizin sərəncamınızda Qvardiolada olan  oyunçular yoxdur!”

Üstəlik, absurd ideya tətbiq olundu ki, yaxşı oyun ancaq belə ola bilər. Toxun, toxun, yenə toxun, yenə toxun… İndi İtaliya futbolunda qapıçılar topla oynayır! Bu, bir fəlakət və üstəlik, bir çox insanı futboldan uzaqlaşdıran cansıxıcılıqdır – indi onlar sadəcə maraqlı məqamları izləməlidirlər. Nəyə görə 90 dəqiqəlik ötürmələrə və üfüqi ötürmələrə heç bir mübarizə və qaçış olmadan baxmaq lazımdır?

Xoşbəxtlikdən futbol dəyişir. Bunu ilk növbədə İspaniya dəyişdi. Onlar iki cinah futbolçusu və sürətli oyunla Avropa Çempionatını qazanaraq futbolu dəyişdirdiklərini bildirdilər”, – Kapello deyib.