Prezident Bakıda Metropolitenində və Zığ Elektrik Avtobus Parkında olub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
AzToday.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli "BYD” markalı avtobus və "TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.