Papa öldü

Apr 21, 2025 - 12:28
Papa öldü

Roma Papası Fransisk 89 yaşında vəfat edib.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, yerli vaxtla saat 07:35-də Vatikandakı Kasa Santa Marta iqamətgahında dünyasını dəyişib.
Papanın vəfatı xəbərini rəsmi olaraq kardinal Kevin Farrell də təsdiqləyib.

Qeyd edək ki, bu ilin fevral ayında Fransisk ikiqat pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, həmçinin bronxospazmdan əziyyət çəkib. Mart ayında onun vəziyyəti yaxşılaşıb. Həkimlər Papanın vəziyyətinin ağır olduğunu nəzərə alaraq, bunu möcüzə adlandırıblar. Lakin xəstəlik nəticəsində o, nitq qabiliyyətini itirib.

Xatırladaq ki, Fransisk 13 mart 2013-cü ildə Roma Papası seçilib. O, həmçinin ilk Latın Amerikası Papası və Yezuit Ordeninin nümayəndəsi olub.