“AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?” – Foto

Apr 21, 2025 - 12:30
“AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?” – Foto

Tanınmış iqtisadçı-ekspert, Respublikaçı Alternativ (REAL) Partiyasın sədri Natiq Cəfərli ona qanunsuz cərimə yazıldığını iddia edib.

Partiya sədri bu barədə sosial şəbəkə hesabında yazıb.

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, sizdən indicə mesaj aldım, bugünkü tarixdir (19 aprel – red.), bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur – maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”, - N. Cəfərli bildirib.

O qeyd edib ki, çağrı mərkəzinə zəng etsə də, danışa bilməyib:

“4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”