Azərbaycanda qızıl kəskin bahalaşadı

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 172 manat 40 qəpiyə bərabər olub.
Yeniavaz.com xəbər verir ki, bir qram qızılın qiyməti bayram tətilindən əvvəlki son iş günündə - martın 19-da 166 manat 50 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, qızıl son 11 gündə 5 manat 90 qəpik və ya 3,5% bahalanıb. Ötən ilin əvvəlindən ötən dövr ərzində isə qızılın qiymətində 55 manat 10 qəpik artım olub.
Qeyd edək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.