Azərbaycan, Ermənistan və Gürcüstanda “Starlink”in qiymətləri

Apr 1, 2025 - 08:59
Azərbaycan, Ermənistan və Gürcüstanda “Starlink”in qiymətləri

Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri istifadəyə verilib.

“Starlink”in təqdim etdiyi internet üçün Azərbaycan vətəndaşları ayda 58,5 dollar (100 manat) ödəməli olacaqlar.

Müqayisə üçün bildirək ki, bu, ABŞ-dəki analoji qiymətlə müqayisədə təxminən iki dəfə ucuzdur.
Onu da bildirək ki, “Starlink”in internet xidmətlərindən yararlanan region ölkələrindən Ermənistanda aylıq abunə haqqı 61,5 dollar (24 000 dram), Gürcüstanda isə 58 dollar (160 lari) təşkil edir.

“Starlink”in internet xidmətləri üçün lazım olan qurğunun (Starlink Standard Kit), çatdırılma xidmətinin və aylıq abunənin qiymətləri ABŞ-da və region ölkələrində aşağıdakı kimidir:

Qeyd edək ki, “Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissələri, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.