Ehtiram Quliyev Berdıyevin arxasınca danışdı: Ümid yoxdur

Apr 17, 2025 - 10:07
Ehtiram Quliyev Berdıyevin arxasınca danışdı: Ümid yoxdur

“Turan Tovuz” uğursuz oyunlar seriyasına 30-cu turda son qoydu.

“Sabah”ı qəbul edən qərb təmsilçisi doğma məkanda 2:1 hesablı qələbə qazandı və turnir cədvəlinin dördüncü pilləsində yerini bir qədər də möhkəmləndirdi.

3 xalın əldə olunmasına rəğmən, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev stadiondan narazı şəkildə ayrılıb. O, 10 nəfərlə qalmış rəqibə güc-bəla ilə qalib gəlmiş komandasının oyununu bəyənməyib.

İş adamı öz giley-güzarını yaxın çevrəsi ilə söhbətdə dilə gətirib. Bildirib ki, Kurban Berdıyevin qurduğu taktiki sxem ona yaxşı gələcək vəd etmir.

Quliyev hətta deyib ki, əgər «Turan» avrokuboklara vəsiqə qazanarsa, orada müsbət nəticə qazanılacağına ümid bəsləmir. Sədrin fikrincə, 72 yaşlı baş məşqçi qış fasiləsində yanlış transfer əməliyyatı həyata keçirib və bu, komandanın Premyer Liqada ikinci dövrədən sonra zəif çıxış eləməsinin əsas səbəbidir. (Sportinfo.az)