"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın adı "Real Madrid"lə yanaşı çəkilən müdafiəçisi Trent-Aleksander Arnoldun nə vaxt heyətə qayıdacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Trent zədədən sonrakı bərpa dönəmindədir. Dünən kollektiv məşqdə olub. Hər dəfə oynayanda və ya məşq edəndə işinə sadiqliyi hiss edilir. Meydana qayıtmaq üçün əlindən gələni əsirgəmir. "Liverpul"un son beş-altı ildə futbola baxan azarkeşləri Aleksander-Arnoldun inanılmaz müdafiəçi olduğunu bilirlər. İşlər yaxşı getsə, bu gün və ya sabah onu ehtiyat oyunçular skamyasında görəcəksiniz, start "11-lik"də yox. Çünki beş həftə yarım oynamayıb. Həfətəsonu bizə qoşulması əla olardı".