“Rövnəq Abdullayev çox saf, gözəl insandır” – Şahin Diniyev

“Mənim Rövnəq müəllimə (Rövnəq Abdullayev – red.) dünyalar qədər hörmətim var. Azərbaycan futbolu üçün böyük işlər görüb”.
Bunu Azərbaycan yığmasınn sabiq baş məşqçisi Şahin Diniyev “11 adam” podkastının qonağı olarkən deyib
“Çox saf, gözəl bir insandır. Həqiqətən belədir. Onunla yaxınlığım yoxdur, ancaq bildiyimi deyirəm”, - Şahin Diniyev qeyd edib.
Qeyd edək ki, 17 il (2005-2022) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) rəhbərlik etmiş, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev həm də 16 il (2008-2024) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti kimi fəaliyyət göstərib.