“Yunayted” avrokuboklarda yeganə komandadır ki…

“Mançester Yunayted” bu mövsüm avrokuboklarda məğlub olmayan yeganə komandadır.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçında “Lion”la qarşılaşıb. Görüşün əsas vaxt 2:2 hesabı ilə (ilk oyun 2:2) başa çatıb. Ona görə də əlavə vaxta ehtiyac duyulub və yekunda İngiltərə klubu 5:4 hesabı ilə qalib gəlib.
“Çelsi” də Konfrans Liqasının sözügedən mərhələsinin cavab oyununda “Legiya”ya uduzub (1:2). London klubu mərhələ adlsa da, (ilk oyun 3:0) məğlubiyyətsizlik seriyası başa çatıb.
Beləliklə, Ruben Amorimin komandası avrokuboklarda 2024/25 mövsümündə məğlub olmayan yeganə klub olub. “Mankunianlar”ın cari mövsümdə aktivində 7 qələbə və 5 heç-heçəsi var.