Tramp Ukraynaya 50 milyardlıq silah-sursat verməkdən imtina etdi

Apr 17, 2025 - 10:05
Tramp Ukraynaya 50 milyardlıq silah-sursat verməkdən imtina etdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə 50 milyard dollarlıq silah müqaviləsini rədd edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

“Tramp 50 milyard dollarlıq sövdələşməni rədd etdi. O, əvəzində Aİ fondlarından 50 milyard dollar alsa belə, Kiyevə kömək etmək istəmir”, - nəşr yazır.

Nəşr qeyd edib ki, Ukraynanın yeni hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı var.
Əlavə edilib ki, bu fonda Tramp Ukraynanın müdafiəsi üçün pul qazanmaqdan daha çox münaqişənin həlli üzrə danışıqlardan narahatdır.

Qeyd edək ki, daha öncə Ukrayna lideri Volodimir Zelenski Kiyevin Vaşinqtondan əlavə silah paketini pulsuz ötürməsini istəmədiyini, əksinə onu 30 və 50 milyard dollara almağa hazır olduğunu bildirib. Ukrayna Prezidenti qeyd edib ki, o, Ağ Evin rəhbəri Donald Trampa zəng edərək ən azı 10 “Patriot” hava hücumundan müdafiə sistemi satmağı xahiş edib. Zelenski vurğulayıb ki, Kiyev Amerika silahlarını almaq üçün çox müxtəlif formatlara və alətlərə malikdir.