Qubadlı İcra Hakimiyyəti 14 min pelorqoniya, 3 min kiparis alır

Apr 18, 2025 - 16:31
Qubadlı İcra Hakimiyyəti 14 min pelorqoniya, 3 min kiparis alır

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi “Eko Ferma Azərbaycan” MMC (VÖEN – 1203022601) olub.

“Eko Ferma Azərbaycan” MMC Qubadlı Rayon Hakimiyyətinə müxtəlif ağac və bitki kolları satacaq, qarşılığında 150 min manat alacaq.

Sözügedən ağac və bitki kolları bunlardır:

Kiparis (Hündürlüyü 3 metr, C 35 dibçəkdə) – 3 000 ədəd;
Badam bağacı (Ferragnes sortu, C 10 dibçəkdə) – 1 000 ədəd;
Qızılgül kolu (Floribunda növü, Prince de monoqo sortu, C 5 dibçəkdə) – 9 000 ədəd;
Pelorqoniya (Karlik növü, deep scarlet sortu, 14 sm dibçəkdə) – 14 000 ədəd;
Qazon (Rulon çəklində, torpaq qatının qalınlığı 5 sm) – 7 250  kv. metr.

Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Qurban Xəlilov, ev 8, m. 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi Masimov Rüfət Ramazan oğludur.

Onu da bildirək ki, Masimov Rüfət Ramazan oğlu (VÖEN – 1202799512) əvvəllər fərdi sahibkar kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub.