“Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi” – Video

Apr 18, 2025 - 12:15
“Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi” – Video

Aprelin 16-da Ağsu çayının Ağsu rayonundan keçən hissəsində selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.

Yeniavaz.com xəbər verir ki, hadisə baş verən zaman orada olan işçilər “Xəzər xəbər”ə danışıblar.

“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”, - deyə onlardan biri bildirib.

“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - digəri əlavə edib.

Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, şirkətin iki əməkdaşı çayda yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb və Pərviz Həyatullayev ekskavatorun çalov hissəsində həmin şəxsləri xilas etmək istəyib. Bu vaxt  güclənən sel ekskavatoru aşırıb.

Bildirilir ki, Pərviz Həyatullayevin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər – kömək edən digər şəxs və köməksiz vəziyyətdə qalanlar isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Daha ətraflı: