Ərəblər Azərbaycanda hansı rayonlarda qalırlar və nə qədər pul xərcləyirlər? – Siyahı

May 13, 2025 - 14:00
Ərəblər Azərbaycanda hansı rayonlarda qalırlar və nə qədər pul xərcləyirlər? – Siyahı

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana 13 min 536 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib və onlar burada 23 min 22 gecə keçiriblər.

Yeniavaz.com xəbər verir ki, Səudiyyə Ərəbistanı vətəndaşları 3 ay ərzində Azərbaycanda ümumilikdə 2 milyon 468,1 min manat xərcləyiblər.

Qeyd edək ki, hər bir Səudiyyə Ərəbistanı vətəndaşının Azərbaycanda xərclədiyi vəsait orta hesabla 182 manat olub.

Səudiyyə Ərəbistanı vətəndaşlarının 72%-i, yəni 9 min 753 nəfəri paytaxt Bakıda qalıb və burada 15 min 668 gecə keçiriblər.

Bakıda xərclədikləri vəsait isə adambaşına 175 manat təşkil edib.

Azərbaycanın digər şəhər və rayonlarında gecələyən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı və bir nəfərin xərclədiyi vəsaitin orta məbləği aşağıdakı kimidir:

Bakı ş. – 9 753 nəfər (175 manat)
Quba r. – 2 113 nəfər (152 manat)
Qusar r. – 933 nəfər (347 manat)
Qəbələ r. – 635 nəfər (148 manat)
Gəncə ş. – 35 nəfər (40 manat)
Lənkəran r. – 14 nəfər (129 manat)
Şabran r. – 13 nəfər (77 manat)
Naftalan ş. – 7 nəfər (229 manat)
Xaçmaz r. – 5 nəfər (40 manat)