Dünya dəlidir: Qvardiola nəyi nəzərdə tutur?

Apr 12, 2025 - 10:43
Dünya dəlidir: Qvardiola nəyi nəzərdə tutur?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted” azarkeşlərindən birinin yumruqla vurduğu Cek Qrilişlə bağlı vəziyyəti şərh edib.

Aut.az xəbər verir ki, Qvardiola bu barədə mətbuat konfransında danışıb.

“Bu cür şeylər hər yerdə olur. Dünya dəlidir, elə deyilmi? Təkcə idmanda deyil, dünyada baş verən hər şey suallar doğurur. Heç kim kənarda qala bilməz.

Problem “Mançester Yunayted”də deyil, çünki “Mançester Yunayted” bu cür davranaraq klubuna zərər vuran bir adamdan böyükdür. Bu, futbolda konkret klubun və ya xüsusi idarənin problemi deyil, hər yerdə olur.

Sadəcə ətrafa baxın və bunu başa düşəcəksiniz. Dünyanın düz yolda olduğunu düşünmürəm”, – Qvardiola deyib.

Daha əvvəl mətbuatda “Mançester Yunayted” azarkeşlərinin “Siti”nin yarımmüdafiəçisi Filip Foden və onun anasına qarşı da təhqiramiz şüarlar səsləndirdiyi barədə məlumatlar yayılıb.