“Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?

”Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Tribunainfo.az xəbər verir ki, "Zeytun Pharma” ilə bağlı işə 22 aprel tarixində Nizami rayon Məhkəməsində baxılacaq. İş hakim hakim Nəriman Mehdiyevin icraatındadır.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidiri. Mal ölkəyə gətirilmədiyi təqdirdə sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Ölkənin bir çox yerində fəaliyyət göstərən "Zeytun” apteklər "Zeytun Pharma” MMC-yə məxsusdur. Şirkətin əsas ofisi Z.Əliyeva küç. 93, BEGOC biznes mərkəzindədir.
"Zeytun Pharma” şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.