Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? (SİYAHI)

Bu ilin yanvar-mart ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 102 gecə keçiriblər.
Əcnəbi turistlər arasında ən çox Türkiyə vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 3 ayında Türkiyə vətəndaşları Şuşada 50 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Pakistan vətəndaşları olub – cəmi 3 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkiyə – 50 gecə;
Qazaxıstan – 12 gecə;
Ukrayna – 9 gecə;
Rusiya – 7 gecə;
Gürcüstan – 6 gecə;
Pakistan – 3 gecə;
Digər ölkələr – 15 gecə