Bu məsciddə təmir-bərpa işləri aparılacaq – Sərəncam

May 5, 2025 - 13:43
Bu məsciddə təmir-bərpa işləri aparılacaq – Sərəncam

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.