Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub

Apr 21, 2025 - 21:57
Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub

Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub...

"Report"un yerli bürosu xəbər verir ki, onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Siyahını təqdim edirik:

1. 2004-cü il təvəllüdlü Kərimov Elgün Xankərəm oğlu,

2. 1974-cü il təvəllüdlü Poladova Gülayə Ruhulla qızı,

3. 1987-ci il təvəllüdlü Gözəlova Pərvanə Araz qızı,

4. 1994-cü il təvəllüdlü Zamanova Aytən Adil qızı,

5. 1980-ci il təvəllüdlü Gülüşova Hüsniyyə Sərvər qızı,

6. 1992-cı il təvəllüdlü Aslanova İradə Sahib qızı,

7. 1988-ci il təvəllüdlü Kərimova Şəbnəm Mahir qızı,

8. 1987-ci il təvəllüdlü Süleymanova Səməngül Əvəz qızı,

9. 2003-cü il təvəllüdlü Əlirzayeva Zeynəb Mehman qızı,

10. 1991-cı il təvəllüdlü Rüstəmov Əfqan Həsən oğlu,

11. 1987-cı il təvəllüdlü Sərdarova Nuranə Elmar qızı,

12. 2005-ci il təvəllüdlü İsmayılova Şəhanə Famil qızı,

13.1984-ci il təvəllüdlü Baloğlanova İradə Əzizağa qızı,

14. 2001-ci il təvəllüdlü İsmayılova Pərvanə Cahangir qızı,

15. 1989-cu il təvəllüdlü Məmmədov Novruz Əvəz oğlu,

16. 1988-ci il təvəllüdlü Əhmədova Gövhər Əhməd qızı,

17. 2001-ci il təvəllüdlü Həsənova Nəsibə Ayaz qızı,

18. 1982-ci il təvəllüdlü Həşimova Səbinə Əvəz qızı,

19. 1980-ci il təvəllüdlü Muradova Tərlan İsa qızıdır.

Araşdırmalar aparılır.

***

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Sumqayıtda fabrikdə qidadan kütləvi zəhərlənmə hadisəsi Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional böməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıblar.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək",- deyə əlavə edilib.

***

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi  olmaqla) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

***

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.