Ançelotti "Barselona" ilə final matçında hansı qapıçını oynadacaq? - Suala belə cavab verdi

Apr 21, 2025 - 21:54
Ançelotti "Barselona" ilə final matçında hansı qapıçını oynadacaq? - Suala belə cavab verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunun aprelin 26-da baş tutacaq final matçında - "Barselona" ilə həlledici görüşdə hansı qapıçıya "start 11-lik"də yer verəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.az-ın məlumatına görə, onun sözlərini AS belə çatdırıb:

"Andrey Lunin və Tibo Kurtua meydana çıxmağa hazırdırlar. Frans Qonsales də həmçinin".

Xatırladaq ki, Ançelotti bu mövsüm İspaniya Kubokunun oyunlarında ukraynalı qolkiper Luninə güvənib.