Şəhidin övladı Sidneydə keçirilən olimpiadada qızıl medal qazandı – Fotolar

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.
AzToday.org modern.az-a istinadla xəbər verir ki, Sidneydə keçirilən beynəlxalq olimpiadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdirib.
Araz Şadmanzadə 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.
Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.