Şamaxıda məşhur istirahət mərkəzi hərraca çıxarıldı

Apr 24, 2025 - 20:45
Şamaxıda məşhur istirahət mərkəzi hərraca çıxarıldı

Şamaxı rayonunun Avaxıl kəndi ərazisində yerləşən “Qızıldaş” istirahət mərkəzi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında satışa çıxarılan obyektin sahəsi 570,7 kv. metrə bərabərdir.

İstirahət mərkəzinin ilkin satış qiyməti 877 min manat təşkil edir.

Qeyd edək ki, 4 may 2025-ci il tarixində baş tutacaq hərracda iştirak etmək istəyənlər ilkin satış qiymətinin 5%-i həcmində beh ödəməlidirlər.