Dünyada qadağan olunmuş təəccüblü körpə adları: Onları uşaqlara qoymaq olmaz

Apr 24, 2025 - 20:44
Dünyada qadağan olunmuş təəccüblü körpə adları: Onları uşaqlara qoymaq olmaz

Dünyanın müxtəlif ölkələrində bəzi adlar var ki, artıq uşaqlara verilməsi rəsmi şəkildə qadağan olunub. 

Qaynarifno xəbər verir ki, bəziləri bu adları eşidəndə təəccüblənsə də, bəzilərinə görə isə bu qadağalar tamamilə yerində bir qərardır.

Bir körpə dünyaya gəldikdə ailə daxilində böyük bir həyəcan yaranır. Valideynlər ad seçimi üçün bəzən saatlarla ad kitablarına baxır, dostları ilə məsləhətləşir və fərqli ideyalar toplamağa çalışırlar. Əslində, bir çox cəmiyyətdə seçilə biləcək ad sayı onlarla məhdudlaşır. Lakin bəzən bəzi adlar elə bir məna və çağırışla əlaqələndirilir ki, bu adların istifadəsi rəsmi olaraq qadağan edilir.

Səudiyyə Ərəbistanında "Linda", Fransada "Fraise"

"Linda" adı Böyük Britaniyada geniş yayılmış olsa da, Səudiyyə Ərəbistanında bu ad 2014-cü ildən etibarən qadağan edilib. Səbəb kimi adın "islami olmayan" və mədəni baxımdan uyğun olmayan məzmun daşıması göstərilir.

Fransada isə "Fraise" (çiyələk) adı qadağandır. Şirin və məsum bir ad kimi səslənsə də, fransız dilində "ramene ta fraise" ifadəsi arqotik və kobud çağırış mənasına malikdir. Bu səbəbdən, bu adın istifadəsinə icazə verilmir. 

Fransada "Nutella" adı da rəsmi olaraq qadağandır. Rəmilər bu adın uşaqlar üçün alçaldıcı və gülüş doğuracaq bir çağırış yarada biləcəyini düşünürlər. Maraqlısı isə, bəzi valideynlərin uşaqlarına bu adı vermək istəməsidir.

İsveçdə "Metallica" qalmaqalı

İsveçdə isə məşhur musiqi qrupunun adı olan "Metallica" uşaqlara verilə bilməz. Bu ada icazə verilmədiyi üçün bir cütlük etiraz əlaməti olaraq uşaqlarına "Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116" kimi mənasız və tələffüzü mümkün olmayan bir ad vermək istəyib. Lakin bu ad da rədd edilib və cütlük ad qoymaqdan imtina etdiyi üçün məhkəmə onlara cərimə tətbiq olunub.

Britaniya və Avstraliyada qəribə qadağalar

Britaniya "Rogue" (quldur) adı qadağandır. Təəccüblü olsa da, bu adı vermək istəyən ailələrin sayı az deyil.

Avstraliyada isə "LOL" (gülmək üçün istifadə olunan internet qısaltması) və "Spinach" (ispanaq) adları qadağan olunub. "LOL" adı rəsmi sənədlərin ciddiyyətini poza biləcəyi və şəxsiyyət tanınmasında çətinliklər yaradacağı səbəbilə rədd edilib. "Spinach" isə uşaq üçün məsxərəyə çevrilə biləcəyi ehtimalına görə icazə verilməyən adlar sırasındadır.

Yeni Zelandiyada "Fish and Chips" və "Talula Does the Hula"

Yeni Zelandiyada bir ailənin əkiz uşaqlarına "Fish and Chips" adlarını vermək istəyi də rədd edilib. Rəsmi bu adların uşaqların həmyaşıdları tərəfindən ələ salınmasına səbəb ola biləcəyini əsas gətiriblər.

2008-ci ildə isə "Talula Does the Hula" (Talula Hula rəqsini edir) adlı bir qız uşağı, adının dəyişdirilməsi üçün məhkəmə qərarı ilə himayəyə alınıb. Bu qərar, uşağın gələcəkdə sosial problemlərlə üzləşməməsi üçün verilib.

Bu kimi qadağalar, adların təkcə səs və görünüş baxımından yox, həm də mədəni, sosial və hüquqi mənalarına görə də ciddi şəkildə qiymətləndirildiyini göstərir.