“Rusiya Azərbaycan- Ermənistan sərhədində vəziyyəti izləyir” – Zaxarova

Apr 9, 2025 - 14:25
“Rusiya Azərbaycan- Ermənistan sərhədində vəziyyəti izləyir” – Zaxarova

"Rusiya Azərbaycan- Ermənistan sərhədində vəziyyəti izləyir".

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O, Bakı və İrəvanı təmkin nümayiş etdirməyə və ölkələr arasında sərhəddə gərginliyi azaltmaq üçün addımlar atmağa, vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırıb.

Zaxarova deyib ki, yaranan bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həll edilməlidir.
“Biz öz tərəfimizdən sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri toplusuna uyğun olaraq humanitar məsələlərin həlli üçün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, sərhədin delimitasiyasında tərəfdaşlarımıza kömək etməyə hazırıq”, - deyə Zaxarova bildirib.