Ronaldunun növbəti mövsümə harada başlayacağı bilindi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 40 yaşlı superulduzu Kriştianu Ronaldunun növbəti mövsümə harada başlayacağı bəlli olub.
Fanat.az xəbər verir ki, informasiyanı "Sportitalia" yayıb.
Xəbərə görə, portuqaliyalı hücumçu indiki komandasında qalacaq. Mənbə hazırkı anlaşmasının müddəti bu yay başa çatacaq Ronaldunun 2 illik müqaviləyə imza atmaq üzrə olduğunu vurğulayıb.
Xatırladaq ki, təcrübəli forvard 2023-cü ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.