“Real”ın paltardəyişmə otağında gərginlik: Modriçin üstünə niyə qışqırıblar?

Mar 10, 2025 - 10:33
“Real”ın paltardəyişmə otağında gərginlik: Modriçin üstünə niyə qışqırıblar?

“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin “Rayo Valyekano” ilə matçın fasiləsində komanda yoldaşlarının çıxışına emosional reaksiya verib.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb. Ukraynalı qapıçı komanda yoldaşlarının rəqib oyunçulara cərimə meydançasının xaricindən çoxlu zərbələr vurmasına icazə verməsindən qəzəblənib.

Lunin ilk hissədən sonra paltardəyişmə otağında Luka Modriç və Aurelien Tçuameniyə qışqırıb: “Bu zərbələri əngəlləməlisiniz” .

Xatırladaq ki, görüş 2:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb. Qolları Kilian Mbappe və Vinisius Junior vurub.